
“Meta” şirkətinin həmtəsisçisi Mark Zukerberq ABŞ Prezidenti Donald Trampın hərbi rəhbərliklə keçirdiyi görüş zamanı Oval kabineti tərk etməyə məcbur qalıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “NBC Nyus” kanalı məlumat verib.
Mənbələrin bildirdiyinə görə, Zukerberq gözlənilmədən Oval kabinetə daxil olub.
Həmin vaxt orada “Boeing F-47 Stealth” adlı yeni nəsil qırıcı təyyarə modeli müzakirə edilirmiş.
Görüş iştirakçıları onun gizli məlumatlara çıxış icazəsi olmadığını əsas gətirərək kabinetdən çıxmasını istəyiblər.