Zəngəzur dəhlizindən son görüntülər: xəyallar gerçək olur – VİDEO

20 ilin ən böyük uğuru – Zəngəzurdan keçərək Naxçıvana getmək xəyalları gerçək olur.

Globalinfo.az xəbər verir ki, bu barədə AzTV videosüjet hazırlayıb.

Süjetdə də vurğulanıb ki, quru yolun açılması ilə artıq bir-başa Naxçıvana getmək mümkün olacaq.

Qədim Azərbaycan torpağı olan Zəngəzur, həmçinin Türk dünyasının birləşdiricisi rolu oynayacaq.

30 il öncə qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyası idisə, yeni layihəyə əsasən artıq Ağbəndə qədər gedib çıxır. 9 stansiyadan ibarət olan Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin son dayanacağı Ağbənd stansiyası olsa da, əslində, Şərqi Zəngəzurun Qərbi Zəngəzura qovuşduğu hissədir.

Bu layihənin icrası ilə Naxçıvanla Türkiyə arasında birbaşa nəqliyyat əlaqələri yaranmış olacaq.

Videosüjeti təqdim edirik:

Globalinfo.az