Erdogan Reisi

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada Mövlud Çavuşoğlu ilə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılsa da, Türkiyə zəlzələsinə görə təxirə salınıb:

“Ümid edirəm ki, yaxın zamanlarda Prezident İbrahim Rəisinin həmkarı Rəcəb Tayyib Ərdoğanla məhsuldar görüşü olacaq”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: