turkiye earthquake 060223 5

Türkiyədə dağıntılar altından sağ çıxarılan 76 uşaq artıq ailələrinə verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

O bildirib ki, dağıntılardan indiyə kimi 574 uşaq çıxarılıb. Onlardan 503-nün şəxsiyyəti məlumdur:

“Hazırda xəstəxanada 380 uşağın müalicəsi aparılır. Sığınacaqlarda isə 118 uşaq var. Dövlət olaraq, valideynlərini və yaxınlarını itirən bütün uşaqların hər zaman yanında olacağıq”.

Paylaş: