20230218 saglik bakani koca salgin hastalik riski kontrol altinda 667568 b0badad99e2979f9f0c5

Zəlzələ zonasında hər hansı yoluxucu xəstəlik aşkar edilməyib.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə deyib.

“Epidemiyalar ən çox içməli sulardan başlayır. Suların analizi mütəmadi həyata keçirilir və xlorun miqdarını ölçürük. Bəzi yerlərdə xlorlama həyata keçirilir”, – deyə nazir bildirib.

Paylaş: