tramp 2

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Rusiya ərazisində PUA zərbələrinin gücləndirilməsi üçün “Starlink” sistemindən istifadəyə icazə verilməsinə kömək etməsini xahiş edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

“İş adamı İlon Mask indiyədək “Starlink”dən yalnız Ukrayna ərazisində, o cümlədən Krımda istifadə olunmasına icazə verib. “SpaceX” isə Rusiya ərazisində Starlink xidmətinin istifadəsini məhdudlaşdırıb.

Zelenski bu xahişini Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi ballistik raket batareyaları kimi kiçik və mobil hədəflərin daha dəqiq vurulması zərurəti ilə əsaslandırıb”, – deyə bildirilib.

Mənbələrin məlumatına görə, Ağ Evdəki görüş zamanı Tramp bu xahişi nəzərdən keçirəcəyini desə də, onun yerinə yetirilib-yetirilməyəcəyi barədə konkret öhdəlik götürməyib.

O, məsələni İlon Maskla müzakirə edəcəyini bildirib, lakin bunun nə vaxt baş tutacağını və yekun qərarın necə olacağını açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: