Papa Putinə 90 il əvvəlki tarixi hadisəni xatırlatdı

 

Roma Papası Fransisk 1930-cu illərin əvvəllərində Ukraynada Stalinin süni şəkildə yaratdığı aclıq qurbanlarını xatırlamağa çağırıb.

Globalinfo.az bildirir ki, Papa Ukraynaya edilən hücumları Qolodomor zamanı baş verən soyqırımla müqayisə edib.

“Gəlin, bu soyqrımın qurbanları üçün dua edək. Eyni zamanda, bu gün təcavüzdən əziyyət çəkən bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar üçün də dua edək”, – o bildirib.

Qeyd edək ki, Qolodomor faciəsi 1932-1933-cü illərdə dönəmin Sovet Ukraynasında süni şəklildə törədilən qıtlıq səbəbilə 8 milyondan çox insanın öldüyü soyqırım aktıdır.

Aqşin
Globalinfo.az