1764416706 zelenski

Ukrayna sülh sazişi ilə bağlı müəyyən məsələləri müzakirə etmək üçün dövlət başçıları Donald Tramp və Volodimir Zelenski arasında şəxsi görüşdə təkid edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC- Ukrayna” Floridada Kiyev-Vaşinqton danışıqlarının nəticələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

“Zelenskinin amerikalı həmkarı ilə müzakirəsini zəruri hesab etdiyi müəyyən məsələlər var”, – deyə bildirilib.

Qeyd edək ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna arasında danışıqlar yekunlaşıb.

İki ölkənin nümayəndə heyətləri ABŞ prezidentinin elçisi Stiv Uitkoffun şəxsi iqamətgahı olan Shell Bay qolf kurortunda görüşüblər. Danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner təmsil edib. Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: