putin zelenski 900x472 1
Volodimir Zelenski Moskvada 9 May paradının keçirilməsinə “icazə verən” fərman imzalayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “EADaily” məlumat yayıb. Sənəddə deyilir ki, Ukrayna 9 may 2026-cı ildə Rusiya paytaxtında “parad keçirməyə icazə verir” və Qırmızı Meydanın tədbir zamanı Ukrayna silahlarından istifadə hədəfləri siyahısından çıxarıldığı bildirilir.

Fərmanın mətninə görə, məhdudiyyətlər Kiyev vaxtı ilə saat 10:00-dan etibarən qüvvədə olacaq. Sənəddə hətta Qırmızı Meydandakı “Ukrayna silahlarından istifadə planından çıxarılan” meydanın dəqiq koordinatları da göstərilir.

O, həmçinin qeyd edir ki, qərar 8 may 2026-cı ildə Amerika tərəfi ilə danışıqlar zamanı müzakirə edilən “çoxsaylı sorğulara cavab olaraq” və “humanitar məqsədlər üçün” verilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: