Zelenskij 900x495 1

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı ilə görüş keçirib. Görüş zamanı Rusiyanın dərinliklərinə uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirmək məsələsini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, müvafiq paylaşım onun Teleqram kanalında dərc olunub.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Rusiyaya qarşı uzunmənzilli sanksiyaların imkanları ilə bağlı olub. Zelenski bildirib ki, Rusiyanın neft emalı sənayesi həmiyyətli bədəl ödəyir və zərbələr davam edəcək.

“Biz müəyyən müddət ərzində uzunmənzilli hücumlarımızın effektivliyini və əldə olunan nəticələri təhlil etdik. İstehsalçılarla üç illik müqavilə imzalamaq üçün iş aparırıq. Bu, Ukrayna qoşunlarına təchizatın həcmini artırmağa imkan verəcək”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: