
Rusiyada paradın keçirilməsi sual altındadır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində deyib.
O, bir daha vurğulayıb ki, Rusiya müharibənin tam və qeyd-şərtsiz dayandırılması istiqamətində addım atmalıdır. Prezidentin sözlərinə görə, Rusiyanın 9 May – Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs təşəbbüsünə ciddi yanaşmaq olmaz.
“Onlar indi öz paradları ilə bağlı narahatdırlar. Haqlı olaraq narahatdırlar. Ancaq əsas narahatlıqları müharibənin hələ də davam etməsi olmalıdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, ABŞ-la yeni sanksiya addımlarının müzakirəsi planlaşdırılır.
“Hazırda Rusiya üçün ən ağrılı nöqtələri seçirik ki, Moskvanı diplomatiyaya məcbur edək”, – o bildirib.
Aysel Əliyeva
Globalinfo.az