Zelenski: “Ukrayna nə qədər çox düşmən təyyarəsini vursa…”

“Rusiya fevraldan bəri 15 təyyarə itirib. Bu, düzgün dinamikadır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu ilin fevralından Ukrayna hərbçiləri Rusiyanın 15 hərbi təyyarəsini vurub. Onlardan 7-si son bir həftədə məhv edilib.

Zelenski bildirib ki, Ukrayna hərbçiləri nə qədər çox düşmən təyyarəsini vursa və  işğal olunan ərazilərdə Rusiya logistikasını məhv etsə, bir o qədər ukraynalının həyatı xilas ediləcək.

“Biz daha çox Rusiya hərbi təyyarəsini vura bilərik. Yeganə problem tərəfdaşların Ukraynaya müvafiq silahları verməsidir”, – Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az