Zelenski Putinlə sülh danışıqlarına hazır olduğunu AÇIQLADI

Ukrayna Prezidenti Vladimir Zelenski müəyyən şərtlər daxilində Putinlə danışıqlara hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski “CBS News” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Ukrayna 1991-ci il sərhədlərindən kənara çıxmamaq şərtilə Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 2022-ci il sərhədlərinə qayıda bilsə, Kreml dialoqa hazır olacaq.  Ancaq belə bir nəticəyə nail olmaq üçün Ukrayna tərəfindən təkcə hərbi addımlar atmaq kifayət deyil. Bunun üçün həm də Rusiyanın bütün dünya ilə ticarət əlaqələri kəsilməlidir.

Əliyar Xəlil
Globalinfo.az