Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski Krımın işğalını zorakı şəkildə həyata keçirilən bir ilhaq kimi qiymətləndirib və vurğulayıb ki, yarımada hələ də müvəqqəti işğal altındadır.
Zelenskinin sözlərinə görə, Ukraynanın Krımı hərbi yolla geri qaytarmaq üçün kifayət qədər silahı olmasa da, ölkənin ordusu və əsas gücü olan xalqı var. O əlavə edib ki, Kiyev istənilən formatda və istənilən vaxt danışıqlara hazırdır, lakin yalnız Rusiyanın tam və qeyd-şərtsiz atəşkəsindən sonra.
O bildirib ki, yalnız bundan sonra diplomatik, sanksiya və iqtisadi təzyiq vasitələri ilə ərazi məsələlərinin müzakirəsi mümkündür.
Aysel Əliyeva
Globalinfo.az