Zelenski müharibədə həlak olan azərbaycanlını mükafatlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski döyüşlərdə həlak olan azərbaycanlı hərbçini mükafatlandırıb.

Globalinfo.az xəbər verir ki, o, azərbaycanlı əsgəri Novruzov Elvin İlqar oğlunu “İgidliyə görə” (ölümündən sonra) ordeni ilə təltif edib.

Qeyd edək ki, Elvin Novruzov əslən Biləsuvar rayonundandır. O, Ukraynanın Kaluş şəhərində doğulub.

Baxmut ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub.