Zelenski daha iki komandanı vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Sergey Nayevi Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, Zelenskinin bununla bağlı imzaladağı fərman dərc edilib.

Fərmana əsasən, Maksim Mirqorodski isə Ukrayna Hava Hücum Qüvvələrinin komandanı vəzifəsindən azad edilib.

Prezident digər fərmanlarla Aleksandr Pavlyu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, Yuri Sodolu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı, İqor Skibyuku Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qüvvələrinin komandanı təyin edib.

Safura Bənnayeva
Globalinfo.az