tramp zelenski 99

“Sky News” yazır ki, Tramp ilə görüş üçün Vaşinqtona Avropa Komissiyasının sədri Ursula fon derlə yanaşı, Almaniya kansleri Fridrix Mers və İtaliyanın Baş naziri Corca Meloni də gələcək.

Bundan əlavə, Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da iştiraklarını təsdiqləyiblər.

Görüşə NATO Baş katibi Mark Rütte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də qatılacağı gözlənilir.

***10:00

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında yazıb.

Görüş 2025-ci il avqustun 18-i bazar ertəsinə təyin edilib.

“Bazar ertəsi Prezident Trampla görüşə hazırlaşırıq. Dəvət üçün təşəkkür. Bütün detalları aydınlaşdırmaq, hansı addımların lazım olduğunu və nəticə verəcəyini müəyyən etmək üçün liderlər səviyyəsində söhbətə ehtiyac var”, – o yazıb.

Paylaş: