Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən dekabrın 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.