İsrail səfiri Rusiyanı ittiham etdi, Zaxarova cavab verdi

“İsrail Rusiyanın İranın gecə hücumlarını pisləyəcəyini gözləyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Simone Halperin deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın səfirə cavabı gecikməyib.

“Simona xatırladın ki, İsrail nə vaxt Kiyev rejiminin Rusiya bölgələrinə hücumlarından ən azı birini pisləmişdi?! Yadınızda deyil?! Amma mən İsrail rəsmilərinin Zelenskinin hərəkətlərini dəstəkləyən mütəmadi bəyanatlarını xatırlayıram”, – Zaxarova qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az