Zaqatalada leysan fəsadlar törətdi – VİDEO

Zaqatalada yağan leysan yağışları bir sıra fəsadlar törədib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, sentyabrın 25-dən 26-a keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. Bölgdə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub.

Gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar, Muxax və Mazıx kəndlərinin inzibati ərazilərinə isə leysan yağışları yağıb. Rayonun Yuxarı Çardaqlar və Muxax kəndlərinin ərazilərinə yağan leysan yağışları səbəbindən kənd daxili çaylarda və yollarda yağış sularından sel yaranıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, bəzi kənd daxili yolların infrastrukturna ziyan verib. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət vasilə yaranıb. Hazırda müvafiq qrum nümayəndələri leysan yağışının törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.