Zaqatalada ana və qızı dəm qazından zəhərlənib

Zaqatalada ana və qızı dəm qazından zəhərlənib.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, hadisə noyabrın 11-dən 12-ə keçən gecə Zaqatala şəhər ərazisində baş verib.

Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qıı Əhmədli və onun azyaşlı övladı – 2015-ci il təvəllüdlü Damla Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından çıxan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.