İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının sərhədçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Bu barədə Globalinfo.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana 6 kq narkotik  keçirilməsinin qarşısı alınıb - FOTO

İrandan Azərbaycana 6 kq narkotik  keçirilməsinin qarşısı alınıb - FOTO