zabil qehremanov

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən iclasda vəkil Səadət Seyidli vəsatət verərək təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılıb müdafiəçisinin yanında əyləşməsini xahiş etsə də, vəsatət təmin olunmayıb.

Daha sonra vəkil cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, hadisənin Göygöl ərazisində baş verdiyini nəzərə alaraq, işə aidiyyəti üzrə baxılması barədə vəsatətlər verib.

Vəsatətlərə baxılması növbəti prosesə qədər baxılmamış saxlanılıb.

Növbəti proses iyulun 10-a təyin edilib.

Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.

Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb.

Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Paylaş: