Yunanıstanın xüsusi xidmət orqanları nazir və deputatları dinləyib

Yunanıstanın Milli Kəşfiyyat Xidməti (EYP) nazirlərin, deputatların, polis və prokurorluq orqanlarının rəhbər şəxslərinin, biznesmen və jurnalistlərin telefon danışıqlarını dinləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Documento qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, dinlənənlər arasında elm adamları və məşhur siyasətçilər də yer allır. Qanunsuz dinləmələr üçün “Predator” adlı proqram təminatından istifadə edilib.