İsrail təyyarələri bu dəfə Qəzzaya “kağız” səpdi – VİDEO

İsrail Müdafiə Nazirliyi Qəzza zolağına havadan xəbərdarlıq məktubları ataraq insanları ərazini tərk etməyə çağırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.

Vərəqlərdə Qəzza əhalisinə müraciət edilərək onların tez bir zamanda ərazini tərk etmələri qeyd olunur. Həmçinin buradan çıxan fələstinlilərin İsraillə sərhədə – təhlükəsizlik divarlarına yaxınlaşmamalarına dair xəbərdarlıq edilir.

Əliyar Xəlil
Globalinfo.az