Yunanıstan sahillərində 14 ekipajı olan yük gəmisi batıb

Yunanıstanın Lesbos adasından 4,5 dəniz mili cənub-qərbdə 14 ekipaj üzvü olan yük gəmisi batıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.

Ərazidən keçən yük gəmiləri hadisə yerindədir. Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə Yunanıstanın 3 liman xidməti kateri, Hərbi Hava Qüvvələrinə məxsus bir helikopter və Hərbi Dəniz Qüvvələrinin bir freqatı cəlb edilib.

Duz daşıyan gəmi Misirdən İstanbula gedirmiş. Ekipajda iki Suriya vətəndaşı, dörd Hindistan vətəndaşı və səkkiz Misir vətəndaşı olub.