1658039292 1 170 1

Moskva danışıqlar barədə təkliflərə o qədər də ciddi yanaşmır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Kiyevdə çıxışı zamanı deyib.

O, Rusiyanın Ukraynadakı son fəaliyyətinin Kremlin Kiyev ilə danışıqların başlanması çağırışlarında səmimi olmadığını göstərir. Nuland Rusiyanın artıq belə davranışlarla özünü təcrid olunmuş dövlət elan etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden bundan öncə Putinlə danışıqlara hazır olduğunu, amma onun ilk növbədə qoşunu Ukraynadan çıxartmalı olduğunu söyləyib. Əvəzində isə Kremldən Qərbin Ukraynanın sentyabrdan anneksiya edilmiş 4 bölgəsini Rusiya ərazisi kimi tanımasını tələb edilib.

İlkin
Globalinfo.az

Paylaş: