Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayini Moskvaya gətirmək üçün Tehrana öz şəxsi təyyarəsini göndərib.
Globalinfo.Az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, Rusiya paytaxtına çatdıqdan sonra Rezayi, adətən dövlət başçılarına göstərilən ehtiramla qarşılanıb.
Həmçinin qeyd olunur ki, danışıqlar zamanı Putin İrana tam və heç bir məhdudiyyət olmadan dəstək verəcəyini vəd edib. Bu isə öz növbəsində Rusiya ilə Çin arasında mövcud olan əməkdaşlıq səviyyəsinə bərabər bir dəstəkdir.
Əliyar Xəlil,