Pokrovsk ərazisində vəziyyət son dərəcə gərgindir və rus işğalçıları Vasilyevkaya doğru irəliləməyə çalışırlar.
Globalinfo.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın 155-ci Ayrı-ayrı Mexanikləşdirilmiş Briqadanın rabitə rəisi Artyom Pribilnov məlumat verib.
Onun sözlərinə görə, ruslar çox sayda hücum həyata keçirirlər:
“Düşmənin məqsədi qışdan əvvəl Dobropolye şəhərinə çatmaq və orada dayaq nöqtəsi yaratmaqdır. Yəni, mövqeləri, zirzəmiləri və sığınacaqları ələ keçirmək və sonra Kramatorsk aqlomerasiyasına doğru gələcək hərəkətlərini planlaşdırmaqdır”.