Yunanıstan ermənilərə dəhşət yaşadan silahı alır – Foto

 

 

Rəsmi Afina Türkiyəyə qarşı yeni silahlar almaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ta Nea” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Yunanıstan hərbi arsenalını “Belharra” freqatı, PUA əleyhinə sistemlər və yeni qırıcı təyyarələrlə zənginləşdirməyə hazırlaşır:

“Afinanın əsas hədəfi F-35 təyyarələri əldə etməkdir. Bununla yanaşı, 83 ədəd F-16 qırıcısının modernizasiya olunması da planlaşdırılır”.

Qəzetin vurğuladığı başqa bir məqam isə Yunanıstanın İsraildən “Spike NLOS” tank əleyhinə raket sistemini almaq üçün razılığa gəlməsidir.

Qeyd edək ki, Azərbaycan ordusunun Vətən müharibəsində “Spike NLOS” sistemindən aktiv və uğurla istifadə etməsindən sonra bu silaha maraq daha da artıb.