Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 131 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 84, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 963 017, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 686, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 190 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 251 nəfər müalicə olunaraq sağalıb, 10 265 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 851, hazırkı dövrədək isə 7 602 283 test aparılıb.

Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib