Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 070 nəfər müalicə olunaraq sağalıb, 10 254 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.

Ölkədə son sutka ərzində 656, hazırkı dövrədək isə 7 595 306 test aparılıb.

Azərbaycanda daha 29 nəfər COVID-19-a yoluxub

X X X

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 168 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 120, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 962 384, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 281, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 020, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 174 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb