Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 259 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 207, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 21, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 959 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 641, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 116 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.

Azərbaycanda daha 18 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib