Noyabrda hava niyə istidir? – Rəsmi AÇIQLAMA

“Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır”.

Globalinfo.az xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək olub:

“Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərəcəyədək yüksək qeydə alınıb”.

O, əlavə edib ki, bu ay bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin olub. Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alınıb.