at 1

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.

Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.

Atın maşına çırpılmasından sonra “VAZ” hərəkətdə olan yük maşını ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

yola-cixan-at-agir-qezaya-sebeb-oldu
b881dc7b d37c 403e b9ca 25eb5087b7fa

bd561e4d eac3 4483 8389 fe85feefb44c

Paylaş: