66a28006a519f66a28006a51a0172192563866a28006a519b66a28006a519c

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşüb.

Görüş milli komandamızın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.

Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan

Tomorr Sinani İdman Sarayı

Paylaş: