Bakıda yaşayış binasında baş verən partlayışla bağlı araşdırma gedir.
Globalinfo.az bildirir ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Partlayış nəticəsində ölən şəxsin 1992-ci il təvəllüdlü Ömər Məhərrəmli olduğu bildirilir.
***15:43
Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.
Globalinfo.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.
Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.
***
Oxu.az-ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.
Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.