Yeni Kaledoniyada etiraz aksiyaları: ölənlərin sayı artdı

kal

Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, arxipelaqın şimal hissəsindəki şəhərlərdən birində atışma zamanı daha bir nəfər ölüb. Bununla da etiraz aksiyalarında ölənlərin sayı 6-ya çatıb.

Həmçinin qeyd olunub ki, iki nəfər yaralanıb. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.