28471d4c 14be 48e2 9218 96776467c37c

“Biz İsraildən başqa heç bir ölkəni hədəf almamışıq”.

Globalinfo.az xəbər verir ki, bunu Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) sözçüsü Məhəmməd Əbdül Salan deyib.

“Biz İsrailə məxsus və o istiqamətdə hərəkət edən gəmiləri hədəf almağa davam edəcəyik. Gələcəkdə əməliyyatlar daha da genişləndiriləcək. Qırmızı dənizdə koalisiya üzvü olan ölkələr deyil, yalnız ABŞ-Britaniya birləşməsi hücumlar həyata keçirir”, – M.Salan bildirib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Yəməndə husi hədəflərinə aviazərbələr endirməyə başlayıb.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: