Ismayil B%C9%99qayi

İran ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirdiyi hərbi və iqtisadi kampaniyalara birbaşa və ya dolayı yolla dəstək verən ölkələrə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Bəqayi belə addımların düşmənçilik kimi qiymətləndiriləcəyini və ciddi nəticələrə səbəb olacağını bəyan edib.

O, Koreya atalar sözünə istinad edərək ABŞ-ni leyləyə, onun siyasətini təqlid etməyə çalışan region ölkələrini isə sərçəyə bənzədib.

Diplomatın sözlərinə görə, ABŞ-ın İrana qarşı hərbi və iqtisadi əməliyyatlarına hər hansı formada qoşulmaq, o cümlədən hərbi qüvvələrin, texnikanın və logistik vasitələrin göndərilməsi Tehran tərəfindən düşmənçilik aktı hesab ediləcək.

İran rəsmisi BMT Nizamnaməsinə və Baş Assambleyanın 3314 saylı qətnaməsinə istinad edərək bildirib ki, “naviqasiya azadlığının qorunması” və ya “dəniz quldurluğuna qarşı mübarizə” kimi əsaslandırmalar bu cür addımların hüquqi mahiyyətini dəyişmir.

Bəqayi, həmçinin ABŞ ilə bağlanmış ikitərəfli sazişlərin heç bir dövlətə beynəlxalq öhdəliklərini pozmaq və ya ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında iştirak etmək hüququ vermədiyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: