1764396543 orban

Macarıstanın keçmiş Baş naziri Viktor Orban qanunsuz miqrasiya və insan qaçaqmalçılığı ilə bağlı istintaq çərçivəsində həbs edilən qardaşı Aron Orbanın günahsız olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Orban bu barədə “Ultrahang” yutub kanalına müsahibəsində danışıb. O, baş verənləri yeni hökumətin siyasi rəqiblərinə qarşı qisas kampaniyası kimi qiymətləndirib.

Bu, qardaşının noyabrın 9-da saxlanılmasından sonra keçmiş hökumət başçısının ilk geniş açıqlamalarından biridir. 

Siyasətçi qardaşını layiqli insan adlandıraraq onun hər hansı qanunsuz fəaliyyətlə məşğul olduğuna inanmadığını bildirib. Orbanın sözlərinə görə, yeni hakimiyyət əvvəlki hökumət nümayəndələrini və onlarla əlaqəli şəxsləri cinayət təqibinə məruz qoymaqla siyasi rəqiblərini sıradan çıxarmağa çalışır.

O, qardaşının işini keçmiş hökumət üzvləri barəsində aparılan korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə araşdırmaları ilə də əlaqələndirib. Orban bu işlərin nəticəsində ciddi qanun pozuntularının aşkarlanacağına şübhə etdiyini və özünün də mümkün cinayət təqibindən qorxmadığını bildirib.

Qeyd edək ki, Macarıstan hüquq-mühafizə orqanları insan qaçaqmalçılığı və nüfuz alveri şübhələri ilə bağlı dörd nəfəri saxlayıb. Budapeşt Məhkəməsi noyabrın 11-də Aron Orban barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Tahir Turan
Globalinfo.az

Paylaş: