
İranın yüksək rütbəli hərbi rəsmiləri ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı açıq təhdidlər səsləndiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “İran International” məlumat yayıb. Belə ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Kiyumərs Heydəri dövlət televiziyasına açıqlamasında Tramp və Netanyahunu öldürməklə bağlı sərt ifadələr işlədib.
Tehran, həmçinin mümkün yeni hərbi qarşıdurma zamanı ABŞ-ın Avropa və digər regionlardakı hərbi bazalarını hədəfə ala biləcəyini bəyan edib.
“Biz yaşadığımız müddətdə Trampı və Netanyahunu öldürməkdə qətiyyətliyik”, – deyə general bildirib.
Qeyd edək ki, daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ın yeni hücuma başlayacağı təqdirdə Vaşinqtonun Yaxın Şərqdən kənardakı hərbi obyektlərinin də hədəfə çevriləcəyini açıqlayıb.
Rzayinin sözlərinə görə, İrana qarşı hücumlarda istifadə edilən Avropa ölkələrindəki Amerika hərbi bazaları da Tehran üçün legitim hədəf hesab olunacaq. O, hətta ABŞ-ın uzaq adalardakı hərbi obyektlərinə zərbə endirilməsi ehtimalını da istisna etməyib.
Tahir Turan
Globalinfo.az