f5227179 fe04 36c0 82b1 8a0f06386a00 850

“2024-cü ilin dövlət büdcəsinə həmin ilin iyun ayında yenidən baxılıb və büdcə xərcləri ilkin təsdiq olunan məbləğə nisbətən 8,1 faiz və ya təxminən 3 milyard manat artırılıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iyunun 3-də keçirilən növbədənkənar sessiyasında deputat Azər Əmiraslanov deyib.

O, çıxışında ötən ilin büdcəsinin proqnoz göstəricilərindən danışıb və bunun, əvvəlki illə müqayisədə daha yüksək olduğunu vurğulayıb:

“Son illərdə dövlət büdcəsinin həcmi ardıcıl olaraq artmaqda davam edir. 2020–2024-cü illəri əhatə edən beşillik dövr ərzində dövlət büdcəsinin xərcləri ümumilikdə 11,3 milyard manat və ya 43 faiz artıb. İcra olunan büdcədə məxariclərin 56,6 faizi cari, 40 faizi isə əsaslı xərclər təşkil etmişdir ki, bu da həmin balansı əyani şəkildə göstərir. Ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına maliyyələşdirilmişdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: