Iran israil abs 1

İran ABŞ-ın Fars körfəzində yerləşən Xark adasına hərbi müdaxiləsi fonunda misli görünməmiş cavab verəcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton belə bir addım atsa, Tehran və onun müttəfiqləri regionda vəziyyəti daha da gərginləşdirəcək.

Mənbənin sözlərinə görə, xüsusilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazı kimi strateji su hövzələrində təhlükəsizliyin pozulması ehtimalı nəzərdən keçirilir. Bu addım “müqavimət oxu”nun mümkün cavab variantlarından biri kimi qiymətləndirilir.

“Əgər ABŞ Xark adasına qarşı hərbi addım atsa, son 21 gündə baş verən “sürpriz”lərdən qat-qat ciddi və misli görünməmiş cavabla üzləşəcək”, – deyə mənbə vurğulayıb.

Ekspertlər hesab edir ki, belə bir ssenari regionda, xüsusilə də ABŞ hərbi qüvvələrinin yerləşdiyi ərazilərdə vəziyyəti daha da mürəkkəbləşdirə və genişmiqyaslı gərginliyə səbəb ola bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: