İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyət daşıyan Nevatim və Tel Nof aviabazalarına raket zərbələri endirdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatında bildirilib ki, əməliyyat İsrailin İranın üç müxtəlif bölgəsində yerləşən bir neçə radiolokasiya stansiyasına raket zərbələri endirməsinə cavab olaraq həyata keçirilib.
İsrail Müdafiə Qüvvələri (IDF) isə İran tərəfindən ölkə ərazisinə atılan bütün ballistik raketlərin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini açıqlayıb.