Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin strateji infrastrukturuna qarşı təşkil edilən hava hücumunun uğurla dəf edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, nazirliyin sözçüsü Türki əl-Maliki son saatlarda hava hücumundan müdafiə qüvvələrinin bir neçə pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv etdiyini açıqlayıb.
Məlumata görə, hücumun əsas hədəfi ölkənin Şərq əyalətində yerləşən neft obyektləri olub. Rəsmi Ər-Riyad dronların İraq ərazisindən buraxıldığını iddia edib.
Səudiyyə Ərəbistanı insidentə görə məsuliyyəti “İranın dəstəklədiyini silahlı qruplaşmaların” üzərinə atıb. Bəyanatda vurğulanıb ki, bu cür hücumlar regionun enerji təhlükəsizliyini və sabitliyini hədəf alır.
Tahir Turan
Globalinfo.az