Yaponiyada qalmaqal: nazirlərin istefası davam edir

Qalmaqallar fonunda istefa verən Yaponiyanın inzibati işlər və kommunikasiyalar naziri Minoru Teradanın yerinə yeni təyinat olub.

Globalinfo.az “report”-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilib ki, inzibati işlər və kommunikasiyalar naziri Takeaki Matsumoto olacaq. Matsumoto 2011-ci ilin martından sentyabr ayına qədər Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, oktyabrın 24-də hökumətin əsas üzvlərindən biri, Yaponiyanın iqtisadi yenidənqurma naziri Daisiro Yamaqiva istefaya getməyə məcbur olub. Noyabrın 11-də isə ədliyyə naziri Yasuhiro Hanaşi qalmaqal səbəbindən vəzifəsindən gedib.