download

Hazırda ölkədəki münaqişənin gələcək inkişafı üçün iki mümkün ssenari mövcuddur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yayımladığı bəyanatda qeyd edib.

Zelenskinin sözlərinə görə, Avropada keçiriləcək görüşləri əhatə edən növbəti diplomatik həftəyə hazırlıq gedir.

O vurğulayıb ki, Ukrayna hər iki mümkün inkişaf variantına hazırlaşacaq: ya aparılan diplomatik səylər və tərəfdaşların Rusiyaya təzyiqi nəticə verəcək, ya da bu təzyiq kifayət etmədiyi halda aktiv müdafiə davam etdiriləcək.

Zelenski əlavə edib ki, Ukrayna sülhə can atır, lakin öz hakimiyyətini heç kimə təslim etməyəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: