Xovayevin Bakıya gəlmə səbəbi – İrəvana gedə biləcək?

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Xovayevin Bakıda Azərbaycandan olan həmkarları ilə görüşləri nəzərdə tutulub.

Zaxarova Xovayevin yaxın vaxtlarda İrəvana səfərinə ümid etdiyini də deyib.

“Biz ondan çıxış edirik ki, Xovayev regiona səfərini davam etdirsin və yaxın vaxtlarda İrəvana səfər etsin, dostluq, tərəfdaşlıq şəraitində bütün detalları müzakirə edə bilsin ki, bu təmaslar həqiqətən də reallaşdırılsın”, – o bildirib.

Qeyd edək ki, Xovayevi bu gün Bakıda XİN başçısının səlahiyyətlərini icra edən Ceyhun Bayramov qəbul edib.