Xırdalanda zəncirvari qəza: Altı maşın toqquşdu – VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın məlumatına görə, hadisə “Rahat” marketin qarşısında qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində altı avtomobil toqquşub. Qəzanın səbəbi və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.